Cümə, 29 Mart

BNA hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

image

Noyabrın 24-ü günün ikinci yarısından başlayaraq noyabrın 27-dək ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit və yağıntılı keçəcəyi ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, piyadalara digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamaları, yolun qarşı tərəfinə keçərkən müəyyən olunmuş piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur.

"Sərnişinlər avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə ikən yollarda müəyyən edilmiş sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz.

Ümumi hərəkətin təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin",-deyə məlumatda qeyd olunub

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45