Çərşənbə axşamı, 16 Aprel

İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumu açıqlanıb

image

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumunu açıqlayıb.

Məlumata görə, Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, qız davamlı şəkildə həm fiziki, həm də mənəvi travmalara məruz qalıb: "Bu da onun psixoloji durumunda ciddi izlər buraxıb. Hazırda onun müalicəsi Komitənin və aidiyyəti qurumların dəstəyi ilə davam edir. Qız və ailəsi fərdi terapiyadan qrup terapiyasına keçib. Vəziyyətlərində müəyyən qədər yaxşılaşma hiss olunur. Onların psixoloji yardıma yenə ehtiyacı var.

Qızın vəziyyəti nəzərə alınaraq həftədə 3 dəfə müəssisə daxilində təhsilə cəlb olunub. Terapiya başa çatdıqdan sonrakı durum bizə hansı addımların atılmalı olduğunu göstərəcək. Bundan sonra istəsə öz ailəsinə və ya oxuduğu məktəbə qayıda bilər. Məqsədəuyğun olmasa digər məktəbdə təhsili davam etdirəcək. Ailənin bu günə qədər olduğu mühitdən tamam ayrı mühitdə yaşamasına çalışacağıq".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14