Cümə axşamı, 25 Aprel

Paşinyan Zəngəzur dəhlizindən danışdı: Yalnız biz...

image

Mehridən keçən kommunikasiyanın (Zəngəzur dəhlizi – red.) necə açılmasını yalnız Ermənistan həll edə bilər.

Xəbər verilir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan onlayn formatda sualları cavablandırarkən deyib.

O bildirib ki, 10 noyabr bəyanatında “suveren dəhliz” formulu yoxdur:

“Bəyanatın mətnində “dəhliz” sözü yalnız Laçınla bağlı işlədilib, hansı ki, rus sülhməramlılarının nəzarətindədir”.

Kommunikasiyaların açılmasına gəlincə, Paşinyan deyib ki, 11 yanvar bəyanatına uyğun olaraq yaradılan işçi qrupu ölkələrin ərazi suverenliyi çərçivəsində, paritet əsaslarla istifadəsi ilə bağlı ümumi müzakirə aparır:

“Başqa cür suverenlikdən necə danışmaq olar? Azərbaycan müəyyən edəcək ki, bizim ərazimizdən necə gəlib-keçəcək? Belə olmayacaq. Əgər biz hər şeyi güzəştə getmək və verməyə hazır olsaydıq, onda niyə bizə atəş açırdılar və hər tərəfdən bizə niyə aqressiya göstərirdilər ki?”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33