Çərşənbə axşamı, 07 May

Azərbaycanda zəlzələ oldu — YENİLƏNİB

image

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində qeydə alınıb. 

Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 4.5, dərinliyi isə 42 km. olub.

17:23
***
Azərbaycanda hiss olunan yeraltı təkanlarla bağlı rəsmi açıqlama verilib. 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, respublika ərazisində 5,1 bal gücündə zəlzələ olub:

“Şamaxı ərazisində yerli vaxtla 16:46-da maqnitudası 5,1 bal gücündə zəlzələ olub. Dərinliyi müxtəlif dərəcələrdə olduğuna görə bir çox rayonlarda hiss olunub. Bəzilərində 3, bəzilərində 4 bal gücündə hiss edilib. Ehtimal edilir ki, episentrə yaxın köhnə tikililərdə çatlar əmələ gəlsin. Amma normal tikililərdə çat və ya başqa problemin yaşanması gözlənilmir”.

Respublika ərazisində zəlzələ olub.

Xəbər verilir ki, yeraltı təkanlar Bakı, Sumqayıt, Quba, Xaçmaz, Şamaxı, Ağsu, İsmayıllı, Şirvan, Beyləqan, Sabirabad, İmişli, Ucar, Göyçay, Hacıqabul, Mingəçevir və digər ərazilərdə hiss edilib.

Sosial şəbəkə istifadəçiləri zəlzələnin hiss edildiyini yazırlar.

Yeraltı təkanların təxminən 16:45 radələrində olduğu paylaşılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24