Şənbə, 20 Aprel

Qaxda yaşayış evində partlayış olub, 84 yaşlı qadın xəsarət alıb

image

Qax rayonunda evdə partlayış olub.

Məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Qıpçaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1937-ci il təvəllüdlü Məmmədova Nina Markovna öz evində yatarkən qəfildən partlayış baş verib. Nina Məmmədova aldığı ağır yanıq xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, partlayışın baş verməsinə səbəb qaz sızması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20