Cümə, 03 May

Amerika hərəkətə keçdi: 1 trilyonluq paket təsdiqləndi

image

ABŞ prezidenti Co Bayden iqtisadi planın birinci mərhələsini təşkil edən Senat və Nümayəndələr Palatasından keçən təxminən 1 trilyon dollarlıq infrastruktur paketini təsdiqləyib.

Xəbər verilir ki, paketin imzalanma mərasimi ABŞ-da inflyasiyanın 31 illik ən yüksək həddə çatdığı və Baydenə siyasi dəstəyin azaldığı bir vaxta təsadüf edib.

Mərasimdə çıxış edən Bayden bildirib ki, uzun müddət dünyanın ən böyük iqtisadiyyatına sahib olmağı müzakirə ediblər: “Amerika liderliyini bütün dünyada ən yaxşı və ən təhlükəsiz yollar, dəmir yolları, limanlar və hava limanları ilə sübut etməkdən danışdıq. Bir çox çıxışlar, sözlər və ekspert rəyləri eşitdim. Amma bu gün nəhayət buna nail olduq. Amerika xalqına mesajım odur ki, Amerika yenidən hərəkətə keçdi. Həyatınızı yaxşılığa doğru dəyişəcək”.

Bayden qəbul edilən qanunla etmək istədikləri işə diqqət ayırdıqlarını bildirib: “Bu qanunu imzalamaqla demokratiyadan xalq üçün istifadə etdiyimizi göstəririk. Nümayəndələr Palatası və Senatın 1,75 trilyon dollarlıq sosial xərclər paketini də qəbul ediləcəyinə əminəm”.

Qeyd edək ki, Baydenin martın sonunda elan etdiyi infrastruktur paketi uzun danışıqlardan sonra ilk dəfə avqustda ABŞ Senatında, noyabrın əvvəlində isə ABŞ Nümayəndələr Palatasında təsdiqlənib. İnfrastruktur paketi çərçivəsində 8 il ərzində təxminən 1 trilyon dollar xərclənməsi planlaşdırılır.

Yeni infrastruktur sərmayələri üçün 550 milyard dollarlıq mənbənin ayrıldığı paketdə nəqliyyat maddəsində ən çox büdcənin 110 milyard dollarla yol və körpü layihələrinə köçürülməsi nəzərdə tutulur.

Bu paketə elektrik şəbəkələrinə 73 milyard dollar, dəmir yollarına 66 milyard dollar, genişzolaqlı internetə 65 milyard dollar, su infrastrukturuna 55 milyard dollar, ətraf mühit layihələrinə 50 milyard dollar, ictimai nəqliyyata 39 milyard dollar və hava limanı layihələrinə 25 milyard dollar ayrılır.

Konqresin Büdcə Ofisi bu paketin federal büdcə kəsirini 10 il ərzində 256 milyard dollar artıracağını təxmin edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15