Çərşənbə axşamı, 23 Aprel

Azərbaycanda dəhşət: Oğul anasını bıçaqladı

image

Noyabrın 13-ü 1974-cü il təvəllüdlü Gülbahar Xudaverdiyevanın Şabran rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Şabran Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülbahar Xudaverdiyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Asim Xudaverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37