Şənbə, 04 May

Vasif Talıbov göstəriş verdi - Naxçıvanda restoranlar bağlandı

image

Bir müddətdir Naxçıvanda fəaliyyət göstərən bir sıra restoranlar işləmir.

Xəbər verilir ki, muxtar respublikanın Naxçıvan şəhərində fəaliyyət göstərən əksər restoranlar xeyli müddətdir çalışmır. Ancaq toy etmək üçün restoranlar fəaliyyət göstərir. Bununla belə şəhərin mərkəzində yerləşən və gündəlik muxtar respublikaya gedən turistlərin yemək yemək istədiyi, möhtəşəm gözəlliyi ilə seçilən "Nuh-Yurdu", "Köşəbaşı", Naxçıvan Atçılıq Mərkəzinin içərisində olan restoranlar və daha bir neçəsi hazırda fəaliyyətini dayandırıb. Bir sıra ölkələrdən və yerli əhalinin də tez-tez səfər etdiyi Naxçıvan şəhərində insanlar yemək yemək üçün açıq, eyni zamanda yüksək səviyyəli xidmət göstərən restoran tapa bilmir.

Araşdırmalar nəticəsində bəlli oldu ki, restoranların fəaliyyətinin dayandırılması göstərişini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov verib. Onun hansı səbəbdən belə qərar qəbul etməsi bəlli deyil. Restoranların fəaliyyətinin hansı səbəbdən dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət etsək də, onlar bu barədə məlumatlarının olmadığını bildirdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15