Cümə axşamı, 02 May

Jurnalistdən canlı yayımda Baş nazirə: “Barbar, vəhşi və yalançısınız, dürüst olun”

image

Afinada holland həmkarı Mark Rütte ilə görüşdükdən sonra məktub konfransında jurnalistlərin suallarını cavablandıran Yunanıstan Baş naziri Kiriakos Miçotakislə holland jurnalist İnqeborq Boyqel arasında gərgin dialoq yaşanıb.

Xəbər verilir ki, xanım jurnalist Baş naziri yalan danışmaqda ittiham edib.

Boyqel Miçotakisi dürüst olmağa çağırıb:

“Qaçqınları qovulması ilə, Yunanıstandakı miqrantlarla bağlı yalan danışmağı nə vaxt tərgidəcəksiniz? Xahiş edirəm, nə mənim, nə də dünyadakı jurnalistləri ağılsız yerinə qoymayın”.

Boyqel qaçqınların Yunanıstan tərəfindən qanunsuz şəkildə ölkədən çıxarılmasına dair faktları olduğunu bildirib:

“İnkara və yalan danışmağa davam edirsiniz. Bu, narsistik istismardır. Niyə dürüst davranmırsınız? Niyə “Brüssel bizi yalqız qoydu, altı il gözlədik, heç kim heç nə nə etmədi. Qaçqınları başqa ölkələrə yerləşdirməliyik, bunları etmirlər, bəli, onları vəhşicəsinə, barbarcasına geri itələyirik” demirsiniz? Niyə Brüsselin qapısını vurmağı dayandırdınız?"

Boyqel Rütteyə də sual verib: “Sizcə, Yunanıstana və hətta bəlkə Hollandiyaya da məsuliyyət payı olduğu insan haqları pozuntularını qəbul etdikləri üçün hansı sanksiyalar tətbiq edilməlidir?”

Boyqel Rüttenin qaçqınların Hollandiyaya gəlməsinə mane olduğunu deyib.

Baş nazir Miçotakis isə jurnalistin sualını belə cavablandırıb:

“Sizin Hollandiyada siyasətçilərə birbaşa suallar vermək ənənəsinin olduğunu bilirəm. Amma bu ofisdə məni və yunan xalqını əsaslandırılmamış sözlərlə və ittihamlarla təhqir etməyinizi qəbul edə bilmərəm”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15