Şənbə, 04 May

“Keşlə“ klubunun adı dəyişdirildi - “Şamaxı“ 

image

"Keşlə" klubunun adı dəyişdirilib.

Xəbər verilir ki, Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və "Keşlə" Futbol Klubu arasında müzakirə aparılıb.

Bölgələrdə futbolun inkişafına dəstək, sadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə" Futbol Klubuna "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub. Bununla əlaqədar "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.

2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Şamaxı" FK-nın "Keşlə" Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.

"Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15