Bazar ertəsi, 25 Oktyabr

Məşhur futbolçunu Azərbaycana "Topaz" gətirir? - ŞOK İDDİA

image

Yaponiyanın ulduz futbolçularından Keisuke Hondanın "Neftçi”yə gələcəyi ilə bağlı məlumatlar ölkənin futbol camiəsində ciddi müzakirə mövzusuna çevrilib.

Aftafa.tv xəbər verir ki, sonuncu dəfə keçən il Azərbaycan klublarının birinə 15 milyon dollara təklif olunan Hondanın hazırda qiymətinin minimum 7-8 milyon dollar olacağı kimsədə şübhə doğurmur. Bu məbləği isə qarşılamağa Azərbaycanın heç bir klubunun büdcəsi imkan vermir. Məsələn, son illər Avropa liqalarında uğurla çıxış edən Azərbaycan çempionu "Qarabağ”ın illik büdcəsi 15-20 milyon manat civarındadır. Bu büdcə ilə "Qarabağ” "Neftçi” başda olmaqla, bütün Azərbaycan klublarını əhəmiyyətli dərəcədə üstələyir.

Bu arada futbol cameəsində gəzən söz-söhbətlərə görə, "Neftçi” ilə "Topaz” rəhbərliyi arasında da gizli münasibətlər var. Bu baxımdan, Hondanın transfer xərclərinin "Topaz” tərəfindən qarşılanması barədə deyilənlərin inandırıcılıq əmsalı yüksəlir.

"Topaz”ın marketinq şöbəsinin əməkdaşı Lütfiyə Əliyeva Hit.Az-a açıqlamasında məlumatı təkzib edib. Onun sözlərinə görə, bu barədə məlumatlı deyil: "Xeyr, belə bir şey yoxdur. İlk dəfədir, bu məlumatı sizdən eşidirəm…”

Qeyd edək ki, Hondanın özü bu gün Azərbaycandan ona təkliflərin olduğunu təsdiqləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda fabrikdə yanğın olub

  • 24.10.2021 - 16:17
image

Dünya beşdən böyükdür...

  • 24.10.2021 - 11:45
image

Bakıda parkda meyit tapıldı

  • 23.10.2021 - 10:33