Şənbə, 04 May

Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu

image

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.

Məlumata görə, yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov qızıl medal qazanıb.

Altıncı yarış günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub. İntiqam Vəlizadə debütdə Fransa təmsilçisinə məğlub olub. Turan Bayramov startda Ukrayna idmançısına qalib gəlib. Güləşçimiz daha sonra rusiyalı rəqibinə məğlub olub. Bayramov noyabrın 7-də baş tutan ilk təsəlliverici görüşdə Almaniya idmançısına şans tanımayıb. Ancaq ikinci təsəlliverici görüşdə Moldova güləşçisinə məğlub olub.
Abubakr Abakarov səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurməhəmmədov Moldova güləşçisi üzərində inamlı qələbə qazanıb. Milli üzvü Almaniya idmançısına da heç bir şans tanımayıb. Yarımfinalda İran pəhləvanından da güclü olan Osman adını finala yazdırıb. Həlledici görüşdə Rusiya güləşçisinə də gücünü göstərən Nurməhəmmədov ölkəmizə bu yarışda 3-cü qızıl medalı qazandırıb.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15