Çərşənbə axşamı, 14 May

Koronaya qarşı dərman - Ölüm riskini 90 faiz azaldır

image

"Merck" dərman şirkətinin koronavirusa qarşı "Molnupiravir" adlı dərmanı İngiltərədə təsdiqləndikdən sonra ABŞ-ın əczaçılıq nəhəngi "Pfizer" açıqlama verib.

Xəbər verilir ki, "Pfizer" Almaniyanın "BionTech" şirkəti ilə birlikdə koronavirusa qarşı dərman hazırlayıb. "Paxlovid" adlı dərmanın ölüm riskini 90 faiz azaltdığı bildirilib. "Merck"in "Molnupiravir" dərmanında isə bu nisbətin 50 faiz olduğu açıqlanıb.

"Pfizer" təsdiq üçün ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət edəcək.

Qeyd edək ki, yeni dərman 775 korona xəstəsi üzərində sınaqdan keçirilib. Xəstəliyin başlamasından 1 ay sonra xəstəxanaya yerləşdirmə və ölüm nisbəti 89 faiz aşağa düşüb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00