Çərşənbə axşamı, 07 May

Vidadi Muradovun mənimsədiyi 22 milyonun aqibəti necə olacaq?

image

"Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov  22 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq həbs edilmişdi. Bu gün isə o vəfat edib. Bundan əvvəl də, kütləvi mənimsəmədə ittiham olunan bir neçə yüksək vəzifəli məmur həbsdə vəfat edib.

Maraqlıdır, Vidadi Muradovun ittiham olunduğu 22 milyonluq vəsaitin taleyi nə olacaq? Hüquqi baxımdan hansı addımlar atılmalıdır?  

Məsələ ilə bağlı danışan vəkil Rəşad Əliyevin sözlərinə görə, Vidadi Muradovun dövlət büdcəsinə vurduğu ziyanın ödənilməsi onun şəxsi əmlakına və səhm paylarına yönləndirilə bilər:  

“Cinayət törətmiş və törətməkdə təqsirləndirlən şəxs vəfat edərsə, bu, cinayət təqibini istisna edən hallardan biridir və cinayət təqibinə xitam verilir. Ancaq burada ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilir. Yəni, məhkəmə baxışının gedişində cinayət təqibinə şəxsin ölümü ilə əlaqədar xitam verilirsə, buna ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi halda isə müdafiəçinin razılığı ilə yol verilir”.

O bildirib ki, bəraət olmadığı təqdirdə cinayət təqibinə yalnız şəxsin ölməsi əsasıyla xitam verilir:

“Şəxsin cinayət əməli nəticəsində vurduğu ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxsin əmlakı, səhm payları və aktivlər üzərinə məhkəmə qərarı ilə həbs qoyulubsa, dövlətə vurulan zərərin ödənilməsi həmin əmlak hesabına da təmin edilə bilər.

  Həmçinin mülki qanunvericiliyə əsasən, miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu da mirasa daxildir. Yəni, mirası qəbul edən şəxslər həmin əmlakın dəyəri məbləğində borcları da ödəmək vəzifəsi daşıyırlar”.

Qeyd edək ki, 9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

Onu da bildirək ki, Vidadi Muradovun oğlu  Cavid Məmmədov Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovnikidir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58