Şənbə, 04 May

Byazi: Lüksemburq millisi bizdən bir az güclüdür

image

Oyun çətin keçəcək. Çünki rəqibin heyətində yaxşı keyfiyyətə malik futbolçular var.

Xəbər verilir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Lüksemburq yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "corrieredellosport.it" saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, rəqib futbolçuların əksəriyyəti ölkə xaricində çıxış edir: "12 ildir birlikdə işləyirlər. Bizdən bir az öndədirlər. Azərbaycan millisindən kimlər İtaliyada oynaya bilər? Düşünürəm ki, bəzi futbolçular "Venetsiya" və "Spetsiya" kimi yüksək yerlər uğrunda mübarizə aparmayan komandalarda çıxış edə bilərlər".

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq qarşılaşması saat 21:00-da başlayacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15