Şənbə, 04 May

Lionel Messi zədə səbəbindən bir neçə oyunu buraxacaq

image

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi qeyri-müəyyən müddətədək sıradan çıxıb.

Xəbər verilir ki, 34 yaşlı hücumçu dizindəki zədə ucbatından qarşıdakı bir neçə oyunu buraxacaq.

Argentinalı forvard sentyabrda Venesuelanı 3:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda zədələnib. Hazırda dizindəki ağrılar Messini narahat edir. Onun bərpa müddəti 1-2 ay da çəkə bilər.

Təcrübəli oyunçu İspaniyanın paytaxtı Madriddəki klinikalardan birində reabilitasiya kursu keçməyi planlaşdırır.

14:04
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Almaniyada "Leyptsiq"ə qarşı Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununu buraxacaq.

Xəbər verilir ki, 34 yaşlı hücumçunun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Bundan əlavə, Serxio Ramos, Marko Verratti və Leandro Paredes də zədə səbəbindən oynamayacaq.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Leyptsiq" - PSJ matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15