Cümə axşamı, 02 May

Bakıda karantin rejiminə nəzarət gücləndirildi 

image

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Xəbər verilir ki, sonuncu belə tədbir Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində təşkil olunub. Polislər qəsəbə sakinləri ilə profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Reyd zamanı mağazalara tibbi maskasız daxil olan alıcılar, həmçinin tənəffüs yollarını qoruyan vasitələrdən düzgün istifadə etməyən şəxslər polislər tərəfindən cərimələniblər. Virusun yayılma ehtimalı çox olan məkanlarda polis əməkdaşlarının nəzarəti gücləndirilib. Qeyd edilən yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilib.

Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.

"Bir daha hər kəsdən tələb olunur ki, həm şəxsi sağlamlıqlarını, həm də ki, digərlərini bu virusdan qorumaq üçün sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər", - deyə məlumatda vurğulanır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15