Bazar, 12 May

İranda deputatlar keçmiş Prezident Həsən Ruhanini məhkəməyə veriblər

image

İranın keçmiş Prezidenti Həsən Ruhaninin başçılıq etdiyi hökumətin koronavirus əleyhinə mübarizəni pis aparmasına dair parlamentə sorğu verilib.

Xəbər verilir ki, məlumatı İran parlamentinin orqanı olan “İCANA” agentliyi yayıb.

Bildirilib ki, parlamentin Səhiyyə Komissiyasının məsələ ilə bağlı hazırladığı hesabat qanunverici orqana təqdim edilib. Həsən Ruhaninin prezidentliyi dövründə pandemiyaya qarşı mübarizənin düzgün aparılmaması ilə bağlı ittihamların yer aldığı hesabat 235 deputatın 167-si tərəfindən qəbul edilərək araşdırma üçün məhkəməyə göndərilib.

Hesabatda bildirilib ki, Həsən Ruhani hökumət başçısı olduğu dövrdə koronavirusa qarşı apardığı mübarizədə cəmiyyətə düzəldilməsi mümkünsüz olan maddi və mənəvi ziyan vurub. Onun hökuməti dövründə İran COVID-19-dan ölənlərin sayının yüksək olduğu dövlətlərdən biri olub.

Məsələ ilə bağlı Həsən Ruhani hələ ki açıqlama verməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44