Çərşənbə axşamı, 07 May

Türkiyənin F-16 almaq istəyi... - Konqresmenlər hərəkətə keçdi

image

ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftənin sonunda bir araya gəlməsi və bununla da yenidən qızışan Türkiyənin F-16 almaq istəyinə dair tələbi ABŞ Konqresinin Nümayəndələr Palatasını hərəkətə gətirib.

Xəbər verilir ki, Təmsilçilər Məclisinin 41 üzvü Dövlət Katibi Antoni Blinkenə məktub yazaraq Türkiyəyə F-16 satılmasına etiraz edib.

Konqresmenlər Chirs Pappas, Gus Bilirakis, Karolyn Maloneyin təşkilatçılığı ilə hazırlanan məktubda bəyan edilir ki,Türkiyənin F-16 almaq tələbi mövcud şərtlər daxilində Türkiyəyə yanlış siqnal göndərir.

“Biz Qərbdə kök salmış Türkiyə arzusunu paylaşırıq, lakin Ərdoğan hökuməti ABŞ qanunlarını pozmaq imkanı və NATO müttəfiqlik standartlarından qaçarsa, buna nail ola bilmərik”,- məktubda bildirilib.

Məktubda həmçinin xatırladılıb ki, ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün Türkiyəyə qarşı artıq sanksiyalar tətbiq edib.

ABŞ ilə Türkiyə arasında yaşanan gərginlikdən sonra CAATSA (ABŞ-ın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı) sanksiyalar tətbiq etmək qərarına gəlib və Türkiyə F-35 proqramından çıxarılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58