Bazar, 05 May

Saakaşvili həkimlərlə görüşməkdən imtina etdi

image

"Bir aydır həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tibbi konsiliumdan imtina edib”.

Xəbər verilir ki, bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib.

Onun sözlərinə görə, keçmiş prezident aclıq zamanı bədənə mənfi təsir edə biləcək amillərin qarşısını almaq üçün nəzərədə tutulan dərmanları qəbul etmir:

“Çox zəifdir. İki-üç gün bundan əvvəl analizlər verdi və cavablar yaxşı deyildi. Tibbi konsilium da baş tutmayacaq. Çünki, keçmiş prezident bundan imtina edib. Təbii ki, istənilən ssenariyə hazır olmalıyıq”.

Qeyd edək ki, Mişanın aclıq aksiyası nəticəsində 20 kq arıqladığını bildirilir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15