Cümə axşamı, 02 May

EDHO bitdi - FOTO

image

2015-ci ildən bəri Türkiyənin ATV kanalında yayımlanan məşhur “Eşkiya dünyaya hökümdar olmaz” serialı artıq başa çatıb.

İzləyicilərinin qısaca olaraq EDHO adlandırdığı ekran əsəri uzun zaman idi ki, ən reytinqli proqramlardan biri kimi daim diqqət mərkəzində idi. 

Bu xəbəri ekran əsərində baş rolu canlandıran Oktay Kaynarca “Instagram” hesabından paylaşıb.

O, serialın yaradıcı heytinə və pərəstişkarlarına təşəkkür edərək onlarla vidalaşıb.

Qeyd edək ki, Türkiyə televiziyası tarixinin ən uğurlu layihələrindən biri olan “Eşkiya dünyaya hökümdar olmaz” serialının ötən altı mövsüm ərzində 199 seriyası yayımlanıb.

Son həftələrdə ATV-də serialın yeni mövsümünün anonsları getsə də, kanal rəhbərliyi ilə serialın çəkiliş qrupu arasında anlaşmazlıqların yaşandığı bildirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15