Cümə, 03 May

Ərdoğan Romada kritik görüşlər keçirdi - Foto

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük iyirmiliyin” (G20) liderlərinin Romada keçirilən sammitində bəzi ölkələrin dövlət və hökumət başçıları ilə müzakirələr aparıb.

Xəbər verilir ki, Türkiyə Prezidenti sammitdə İtaliyanın Baş naziri Mario Draqi tərəfindən qarşılanıb, G20 ölkələrinin liderləri ilə birgə foto çəkdirib.

Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Boris Conson və BMT-nin Baş katibi Antonio Quterreşlə ayaqüstü müzakirələr aparıb.

Qeyd edək ki, İtaliyanın “Böyük iyirmiliyə” sədrliyi çərçivəsində oktyabrın 30-31-də Romanın Nuvola Konqres Mərkəzində keçirilən sammitdə 35 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15