Şənbə, 20 Aprel

Ermənistan üçün kritik 10 gün - Sülh istəməyən müharibə alacaq!

image

Gözlənilən Moskva sammiti ərəfəsində kapitulyant ölkədə radikal-revanşist çevrələr fəallaşıb; Rusiya yönlü müxalifətin riyakarlığı - Putinin imzası duran sənədlər sabotaj edilir...

Gələn ayın birinci on günlüyündə, böyük ehtimalla 44 günlük müharibənin bitməsinin 1-ci ildönümündə Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında görüş olacaq. Kremlə yaxın Rusiya KİV-lərin yaydığı məlumata görə, görüş zamanı iki sənədin imzalanması nəzərdə tutulur. Biri sərhədlərin delimitasiyası və demarkasiyası, digəri isə regionda nəqliyyat yolları və kommunikasiyaların açılması haqda. 

Növbəti üçtərəfli sammitin real olduğunu erməni tərəfi gizlətmir. Rəsmi Bakıdan isə bu haqda hər hansı açıqlama olmasa da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə qələbənin birinci ildönümündə (8-10 noyabr) deyil, oktyabrın 26-da səfər eləməsi yayılan qeyri-rəsmi məlumatların ciddilik yükünü xeyli artırıb. Yəni istisna deyil ki, həmin tarixdə Azərbaycan Prezidentinin Moskva səfəri nəzərdə tutulduğu üçün Ərdoğanın səfər vaxtı dəyişdirilib...

*****

Putinin təşəbbüsü ilə Rusiya paytaxtında baş tutması gözlənilən görüşlə bağlı ən böyük çalxalanma isə məhz Ermənistanda yaşanır. Deyilən tarix yaxınlaşdıqca qonşu ölkədə siyasi hərarət də sürətlə qalxır. Baş nazir Nikol Pasinyan və komandasına qarşı radikal-revanşist, daşnak qüvvələrin təzyiqi artır. Hələ yeni heç bir sənədə imza atmayan Paşinyan daha sərt şəkildə satqınlıqda, “erməni xalqına xəyanət”də suçlanır. Müxalifət eyni zamanda, açıq-aşkar Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına, yolların açılmasına qarşı çıxır. Başqa sözlə, sülhü deyil, müharibəni təbliğ edir. Putinin imzası olan sənədlər aşıq-aşkar sabotaj olunur.

İrəvanda gələn ayın əvvəlindən etibarən radikal müxalifətin kütləvi etiraz aksiyaları da planlaşdırılıb. Hədəf əlbəttə ki, Paşinyanın Ermənistan adından yeni üçtərəfli sənədi imzalamasını əngəlləməkdir. Halbuki bu sənədlər ən çox erməni xalının mənafeyinə uyğundur və onun hazırkı dərin iqtisadi-sosial, demoqrafik böhran bataqlığından çıxmasına start verə bilər. Ermənistanın xilası üçün bu, bəlkə də sonuncu şans olacaq.

*****  

Paşinyanı vurana 1 milyon dollar veriləcəkdi, amma... - ŞOK TƏFƏRRÜAT/VİDEO

Ancaq müşahidələr göstərir ki, aksiyalar Paşinyanı bir elə qorxutmur. Bir neçə gün öncə iqtidar deputatlarından biri beləcə də deyib: “Müxalifət nə qədər istəyir, aksiya keçirə bilər. Onun yeri elə küçədir”.

Üstəlik, pandemiyanın yeni dalğasının tüğyan elədiyi Ermənistanda çətin ki, opponentlər geniş əhali təbəqəsinin dəstəyinə ümid eləsinlər. Məsələ həm də ondadır ki, N.Paşinyanın əlində 20 iyun parlament seçikilərində xalqdan aldığı, özünün təbirincə desək, “dəmir mandat” var. İndi məntiqlə müharibədən sonrakı ən kritik aylarda müxalifət küçə etirazları ilə Paşinyanı yıxa bilməyibsə, əlində sülh istəyən erməni xalqının mandatı olan Paşinyanı yıxmaq heç mümkün deyil. Yeganə yol Nikol Paşinyanı fiziki yolla, yəni terrorla aradan götürmək ola bilər ki, bu da müxalifətə də, “demokratik” Ermənistana da, erməni xalqına da baha başa gələ bilər.

Kreml: Rusiya Avropaya "müqavilələrdən kənar" qaz tədarük etmək niyyətində  deyil

Birincisi, özünü Rusiya yönlü sayan radikal müxalifət bununla öz qəbrini qazmış olacaq və Kremlin gözündən birdəfəlik düşəcək. Çünki Putinə bu dəqiqə Köçəryan və ya Sərkisyan yox, Paşinyan sərf edir. Kremlə bölgədə yeni hərbi toqquşma da gərək deyil, sülh lazımdır.

İkincisi, zərbənin ən yekəsini bu dəfə də erməni xalqı yeyəcək ki, nəticə etibarilə müxalifətə, Qarabağ klanına cəmiyyətdə nifrət daha da artacaq. 

Üçüncüsü isə Nikol Paşinyanın yerinə kim gəlir-gəlsin, həm 10 noyabr 2020, həm 11 yanvar 2021, həm də gələn ay imzalanması gözlənilən yeni üçtərəfli sənədin bütün müddəalarını yerinə yetirməli olacaq. Ən azı o səbəb ki, o sənədlərin hamısının altında Putinin imzası var və olacaq. Bunu rusiyalı analitiklər də dönə-dönə vurğulayırlar. Elə rəsmilər də.   

*****

“Görüş baş tutarsa, o zaman təbii ki, ən əvvəl müzakirə olunmalı məsələ 10 noyabr üçtərəfli bəyanatın həyata keçirilməsidir ki, o da bu gün təəssüf ki, İrəvana görə bütün bəndləri ilə yavaşlayır. Əslində, Ermənistan bu bəyanatın bütün bəndlərini pozub. Ona görə də görüşdən, birincisi, Ermənistanın bilavasitə praktiki iştirakı ilə Zəngəzur dəhlizinin işə salınmasını, ikincisi, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası gözlənilir ki, bu da istənilən hərbi fəsadların riskini xeyli azaldacaq”.

İqor Korotçenko: “Elə təəssürat yaranır ki, sanki Ağdamda, Füzulidə atom  bombası partlayıb” » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı

İqor Korotçenko 

Məlumata görə, bunu rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko söyləyib.

Onun sözlərinə görə, əgər tərəflər sərhəd haqqında müqavilə imzalayacaqsa, delimitasiya və demarkasiya işlərini aparacaqlarsa, bu, regionda sülhə doğru böyük addım olacaq. “Təbii ki, bəzi humanitar məsələlər də müzakirə edilə, bu sahəyə aid qərarlar bilavasitə görüş çərçivəsində qəbul oluna bilər”, - deyə o, vurğulayıb.        

“Moskva hesab edir ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinin işlənməsi üçün ən optimal forma üç ölkənin - Azərbaycan, Ermənistan və Rusiyanın birgə sədrliyi ilə yanvarın 11-də Moskva sammitinin yekunları üzrə yaradılmış Üçtərəfli İşçi Qrupudur”.

Rusiya Xarici İşlər Nazirliyi: "ABŞ sanksiyalar üçün bəhanə axtarır"

 Rusiya Xarici İşlər Nazirliyinin

Bu sözləri isə ənənəvi həftəlik brifinqdə srağagün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova xatırladıb ki, Üçtərəfli İşçi Qrupun 8-ci iclası baş tutub və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər. “Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması ilə bağlı üçtərəfli sazişlərin həyata keçirilməsinə töhfə verən bəyanatlara və addımlara əməl etməyi düzgün hesab edərdik”, - deyə o vurğulayıb.

*****

Təbii ki, bura Zəngəzur dəhlizinin açılması da daxildir. Ən əsası, bu, Moskvadan kapitulyant ölkədəki bütün Rusiyapərəst və Qərbpərəst qüvvələrə aydın mesajdır ki, Ermənistan öz adına götürdüyü öhdəliklərin icrasını sonsuzadək yubada bilməz. Əks halda, BMT TŞ-nin Qarabağa dair məlum qətnamələrinin yubadılması erməni xalqına neçəyə başa gəldisə, yenə o, eyni aqibəti yaşaya bilər...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20