Bazar ertəsi, 13 May

“Saakaşvilinin planı bu idi ki...” – Baş nazirdən inanılmaz iddia

image

“Gürcüstan hakimiyyəti aclıqdan əziyyət çəkən eks-prezident Mixail Saakaşvilini həbsxanadan özəl klinikaya köçürməkdən imtina edir, çünki bunun tibb müəssisəsi ətrafında iğtişaşlara səbəb olacağından ehtiyat edir”.

Xəbər verilir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalına müsahibəsində deyib.

Qaribaşvili iddia edib ki, təhlükəsizliyi olmayan mülki sektor xəstəxanaya yerləşdirmə Saakaşvilinin planının bir hissəsidir:

“Onun planına görə, biz onu özəl klinikaya köçürməliyik. Bundan sonra onun planı xəstəxananın yerləşdiyi əraziyə 4-5 və ya 10 min nəfəri səfərbər etməkdir. Biz bununla ora polis və xüsusi vasitələri göndərməliyik, nəticədə xaos və iğtişaşların içinə düşməliyik”.

O, eks-prezidentin aclıq aksiyasına da münasibət bildirib: “Hər insanın intihar etmək hüququ var və dövlət buna görə məsuliyyət daşımır. Qanunda deyilir ki, insanın intihar etmək hüququ var. Əgər insan özünü öldürmək qərarına gəlsə, o, özünü öldürə bilər, amma təbii ki, dövlət bunun üçün məsuliyyət daşımayacaq”.

Gürcüstan hökumətinin başçısı Saakaşvilinin Ukraynaya ekstradisiya edilməsini və ya vaxtından əvvəl azadlığa buraxılmasını da istisna edib. Onun fikrincə, bu, hökumətin ölkə qanunlarına hörmət etməməsi anlamına gələ bilər.

“Əlbəttə, Saakaşvilinin vaxtından əvvəl azadlığa buraxılmasından söhbət gedə bilməz. Onun Ukraynaya ekstradisiya edilməsi də istisnadır. Əgər biz bunu etsək, bütün hökumət növbəti gün bəyanat yazmalı və istefa verməlidir”, – Qaribaşvili bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00