Bazar, 05 May

“Azəriqaz”dan xəttə hava vurulması ilə bağlı iddialara CAVAB

image

“İşlək qaz sisteminə hava vurulması texniki cəhətdən mümkün deyil”. 

Məlumata görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, bu yalnız qəza vəziyyəti ilə bağlı dayanma hallarında baş verə bilər:

“Vətəndaş fasiləsiz olaraq qazdan istifadə edirsə, belə bir hal ilə qarşılaşa bilməz. Yalnız qəza dayanmasından sonra müəyyən müddətdə qazişlədicilərdən havanın gəlməsi müşahidə olunur. Bəzi hallarda həmkarların səhlənkarlığı ucbatından qəzanın tam lokallaşdırılmaması səbəbindən həmin kəmərə müəyyən miqdarda hava daxil ola bilir. Bu isə çox az bir miqdar olur. Lakin işlək qaz sisteminə havanın vurulması mümkünsüz prosesdir. Olsa belə, bu, çox təhlükəli bir prosesdir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15