Cümə axşamı, 02 May

Fransada dövlət çevrilişini kimlər hazırlayırmış - Detallar

image

Fransanın Daxili Təhlükəsizlik üzrə baş idarəsi (əks-kəşfiyyat) vaksinləşmə mərkəzlərinə hücumların təşkilində şübhəli bilindiyinə görə ötən ilin oktyabrında həbs olunmuş “Demokratik hərəkat” (Mo Dem) partiyasının keçmiş deputatı Remi Dayenin və onun tərəfdarlarının hazırladığı dövlət çevrilişinin qarşısını alıb. 

Xəbər verilir ki, Dayenin əlaqələrini araşdıran müstəntiqlər onun bütün ölkə ərazisində şaxələnmiş “terrorçu cəmiyyət” yaratdığını aydınlaşdırıblar. Bu cəmiyyətin sıralarında polisin, jandarmeriyanın sabiq və fəaliyyətdə olan əməkdaşlarının və hərbçilərin yer aldıqları, bəzilərinin isə hətta xaricdə yaşadıqları bildirilir. Məsələn, hərəkatın sərt iyerarxiyalı “hərbi” qanadının yaradıcısı və hamisi, Fransa qarşısında “Xidmətlərinə görə” ordenlə təltif edilmiş istefada olan 63 yaşlı podpolkovnik M.Kristofun adı çəkilir.

Sui-qəsdin iştirakçıları arasında aparılan yazışmanın təhlili nəticəsində müstəntiqlər hər birinin öz regionu üçün cavabdeh olduğu ən azı 36 “kapitan” aşkarlayıblar. Hazırda bu iş çərçivəsində 12 sui-qəsdçiyə ittiham irəli sürülüb. Bəzi araşdırmalar isə Dayenin digər təşkilatlar, o cümlədən Alzasda mason lojasına hücum planı hazırlayan neonasist hərəkatları ilə də əlaqəsi olduğunu göstərir. Cari ilin mayında məhkəmə bu işlə bağlı saxlanılan 3 nəfərə ittiham irəli sürüb.

Eks-deputat öz baxışlarının təbliğində və Fransada inqilaba çağırışlarında 2020-ci ili sonlarında xüsusi fəallıq göstərib. Həmin vaxt 2020-ci ilin yazında Mia adlı 8 yaşlı qızın oğurlanmasının təşkilində şübhəli bilinən Daye fransız müstəntiqlərindən Malayziyada gizlənirdi. Tərəfdarlar topladıqdan sonra sabiq deputat diversiyalara, o cümlədən, 5G qüllələrinə qarşı və jurnalistlərin qorxudulması ilə bağlı əməliyyatları əlaqələndirməyə başlayıb.

Bu ilin aprelində o, bəzi fransalı deputatlara “respublika daha dominant ideya deyil”, “cavab vermək vaxtı çatıb” və “xalqın hakimiyyəti devirməsi qaçılmazdır” şüralarının yer aldığı elektron məktublar göndərib. Sabiq deputat müraciətlərində onu da qeyd edirdi ki, bütün bunlar “bir neçə həftənin məsələsidir” və çağırışlara reaksiya verməyən abonent “cinayətin şəriki” olacaq. Təhdidlərlə bağlı yalnız bir deputat prokurorluğa ərizə ilə müraciət edib ki, bu da istintaqın başlanmasına səbəb olub.

Bu məqama qədər Daye artıq sui-qəsd nəzəriyyəsini yaymaqla məşğul olan və Fransadakı kütləvi proseslərdə zorakılıq aksiyalarında iştirak edən yüzlərlə tərəfdar toplamışdı. Məsələn polisin xülasələrində paytaxt Paris regionundakı firqənin “kapitanı” P.Silvenin 2020-ci ilin sentyabrında “Sarı jiletlilər”in protestləri zamanı BFM telekanalının binasına soxulanların arasında olduğu bildirilir. Müstəntiqlərin fikrincə, bu həyata keçiriləcək çevriliş zamanı KİV-lərin həqiqi zəbti öncəsi “məşq” idi.

Həlledici gündə Daye və onun tərəfdarları ölkədəki məsləkdaşlarının hamısını Parisə toplayaraq, onları polis qalxanları və əldədüzəltmə partlayıcılarla təchiz etməyi planlaşdırırdılar. Güman olunurdu ki, təxribatlar seriyasından sonra asayişin keşikçiləri tərəfindən silah tətbiq ediləcək və bu da qan tökülməsi üçün sui-qəsdçilərin əlinə fürsət verəcək.

Təşkilatın Lazur “əməliyyatı” adlandırdığı planın ikinci mərhələsi Yelisey sarayının, parlamentin, daxili işlər və silahlı qüvvələr nazirliklərinin binalarının zəbt olunmasını nəzərdə tuturdu.

Buna parallel şəkildə öz təbliğatlarını yayımlamaq üçün hansısa telekanalın və ya radiostansiyanın da tutulması planlaşdırılırdı.

Sabiq deputatın vəkili Jan-Kristof Basson Larbi müştərisinin terorçuluqla bağlı bütün ittihamları rədd etdiyini açıqlayıb. "Remi Daye yalnız öz mövqeyini sərbəst şəkildə bildirmək və vicdan azadlığı çərçivəsində Malayziyadan xalqı dinc yolla mövcud siyasi sitemin çevirməsinə çağırıb",- vəkil vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15