Şənbə, 04 May

Mahir Emreli ulduz xəstəliyinə tutulub? 

image

"Legiya"da çıxış edən Mahir Emrelinin ulduz xəstəliyinə tutulduğu, ötən gün yatıb qalaraq klubun iclasına gecikdiyi, daha əvvəl isə məşqlərə qatılmadığı kimi xəbərlər yayılıb.

Xəbər verilir ki, veteran futbolçu Vəli Qasımov müsahibəsində bu mövzuyla bağlı sualın cavabında deyib:

"Bax, bu olduqca ciddi amillərdir. Bunlara mütləq şəkildə diqqət yetirmək lazımdır. Bütün bu növ yanaşmalar gələcəkdə futbolçunun karyerasına ciddi ziyan vura bilər. Məşqə gəlməmək, iclasa gecikmək kimi problemlər futbolçuya yaraşmır. Mən futbolçu olaraq xaricdə uzun müddət keçirmişəm. Karyeram ərzində bir dəfə belə olsun, nə məşqə, nə də iclasa də gecikmişəm. Zədə səbəbi ilə bir neçə məşq buraxmışam... Bu isə qaçılmazdır. 

https://azadsoz.com/M0/1/2021/10/images/20211027_155743_1635335863_d2094789ce.jpg

Onu da deyim ki, bunun ziyanını da görmüşəm. Müalicə aldığım dövrdə əsas heyətdə mənim yerimdə başqasını oynadırdılar, bu isə o deməkdir ki, yerimi itirirəm. Meydana qayıtdıqdan sonra əsas heyətə düşmək olduqca çətin olur. Məcbur olurdum ki, kiminsə zədələnməsini və ya cəzalanmasını gözləyim. 

Fikir vermisinizsə, tanınmış klublar hamısı eyni heyətlə oynayır. O ancaq bizdədir ki, hər ay oyuna başqa heyət buraxırıq. Sanki eksperiment aprırıq. Amma xaricdə elə deyil. Hər şey plan əsasında gedir, bunu həm məşqçilər, həm də futbolçular anlayır. Təkrar edirəm, əsas heyətdəki yerinə görə futbolçu daim mübarizə aparmalıdır. Futbolda stabil olaraq ilk "11-lik"də oynamaq asan məsələ deyil.  Mahir barədə isə deyim ki, bu onun "Legiya"da ilk mövsümüdür. Ümidvaram, özünü hələ göstərməyə vaxt tapacaq. Ancaq bu növ gecikmələri etməsə, daha yaxşı olar. Çünki belə davam etsə, gələn il onu yenidən Bakıda görəcəyik".  

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15