Cümə, 03 May

“Bakı Metropoliteni”-də şübhəli tenderlər davam edir – Zaur Hüseynovun maxinasiyaları

image

Bakı Metropolitenində şübhəli tenderlər davam edir. Əldə olunan məlumatlara görə, 19 oktyabr 2021-ci il tarixində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən növbəti tender keçirilib. Müxtəlif növ bərkidiçilərin və plastik qutuların alınması ilə bağlı tenderin qalibi “PLT Business” Məhdud Məsuliyyətli Cəmiyyət olub.

255 min azn məbləğində tenderin qalibi olan şirkət 15 noyabr 2017-ci ildə yaradılıb və nizamnamə kapitalı cəmi 20 azn təşkil edir. Aparılan araşdırma nəticəsində məlum olub ki, “PLT Business” adlı şirkətin 910.39 azn məbləğində vergi borcuna malikdir. Vergi borcunu ödəməyən bir şirkətin “Bakı Metropoliteni” tərəfindən elan edilən 255 min azn-lik tenderdə qalib gəlməsi isə olduqca təəccüblüdür. 

“Dövlət satınalmaları haqqında” Qanuna görə, vergi borcu olan şirkətlər tenderlərə qatıla bilməz. Eyni zamanda bu şirkətlər tenderdə iştirak üçün vergi borclarının olmadığı barədə arayış təqdim etməlidirlər. Lakin keçirilən tenderdə bu barədə hər hansı məlumata rast gəlinmir və bu cür qanunsuz fəaliyyət görməzdən gəlinir. 
Qeyd edək ki, Bakı metropoliteni tərəfindən təşkil olunan tenderlərdəki ilk bu cür qanunsuz hal deyil.

Belə ki, cari ilin birinci rübündə Bakı Metropoliteni tərəfindən mis şin, mis torpaqlama zolağı və müxtəlif ölçülü mis kabel ucluğun satın alınması üzrə elan etdiyi tendering qalibi “Bakı Yastıq Zavodu” ASC olub. Şirkət 16 ildir fəaliyyət göstərməsinə baxmayaraq hazırda 8008.85 AZN vergi borcu olduğu məlumdur. Bəzi iddialara görə, ASC-nin rəhbərliyi tenderdə iştirak üçün vergi borcu olmadığı barədə saxta arayış təqdim edib.

Digər şübhəli tender isə 2021-ci ilin iyunun 10-da “Bakı metropoliteni” QSC tərəfindən beş sərnişin vaqonunun təmiri üzrə elan edilən açıq tenderdir. 666 min azn dəyərindəki tenderin qalibi isə “Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Bu şirkətin də 45 993 manat məbləğində vergi borcu olduğu məlumdur və şirkətin tenderdə iştirakı qanunsuzdur. Lakin vergi borcu olan və təbii olaraq dövlət satınalmaları haqqındakı qanunu pozan şirkətlərin hansı yolla tender layihələrdə iştirak etdiyi və qalib gəldiyi müəmmalıdır. 

Görünən odur ki, Bakı metropoliteni rəhbərliyi, xüsusilə də Zaur Hüseynov bu cür şirkətlərin qanunsuz yollarla da olsa tenderlərdə iştirakında birbaşa olaraq maraqlıdır. Baş verənlər adı çəkilən şirkətlərlə Metropoliten rəhbərliyi arasında hər hansı əlaqələrin olması barədə də şübhələr yaradır. Onu da qeyd edək ki, “Bakı Metropolitenin” rəsi olan Zaur Hüseynovun adı son dövrlərdə bir sıra maliyyə qalmaqallarında da hallanır. 

Belə ki, Zaur Hüseynov 2014 cü ildə “Bakı Metropoliteni”nin rəisi vəzifəsinə gətirilib. Vəzifəyə gələndən 1 il sonra yəni 2015-ci ildə, Zaur Hüseynovun həyat yoldaşı Lalə xanım özünə qiyməti 150.000 AZN Porsche Cayenne markalı avtomobil alıb. Lalə xanım keçən müddət rəzində öz köhnə maşınını qiyməti 240.000 AZN olan Range Rover maşını ilə əvəzləyib. Ən nəhayət Lalə xanım 2021-ci ildə özünə 300.000 AZN-lik Porsche Cayene Turbo S alıb. Zaur Hüseynovun öz rəsmi 2000 aznlik maaşı ilə həyata yoldaşına maşın kolleksiyasını necə alması isə olduqca maraqlıdır. Zaur Hüseynovun öz şəxsi maşını isə qiyməti 255.000 AZN olan Range Rover Velar Byron markalı 90-ZZ-090 dövlət nömrəli maşındır. 

Eyni zamanda Zaur Hüseynovun  və ailə üzvlərinin adına xaricdə bir sıra şirkətlərin olduğu məlumdur. Belə ki, Metropoliten rəisinin oğlu Həbib Hüseynzadənin milyonluq şirkətlərini, bahalı maşınlarını, restoranların sahibidir. O, Türkiyədə “Pinnacle East” şirkəti, Birləşmiş Krallıqda “Pinnacle West” şirkəti, Bakıda isə “Yaşıl məkan” adlı restoranın sahibidir. 
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15