Cümə, 29 Mart

Sevdiyi qadının başını kəsib, bədənini hissələrə ayırdı

image

Rusiyada Orenburq vilayətinin Orsk şəhərində qandonduran cinayət hadisəsi  baş verib.  

Xəbər verilir ki, kişi sevdiyi qadın tərəfindən rədd edilib. Belə ki, o, qadından intiqam almaq məqsədilə yaşadığı ünvana yollanıb.  Aralarında yaranan mübahisə qətllə nəticələnib. Kişi 39 yaşlı qadının başını kəsib. Daha sonra isə bədənini hissələrə ayırıb. O, qadının parçalarını çamadana yığaraq, meşəlik ərazidə gizlədib. Çox keçməyib ki, qətlin üstü açılıb. 

Belə  ki, meşədə oynayan uşaqlar çamadanı tapıblar. Hadisə yerinə gələn polis qrupları çamadanda meyit olduğunu müəyyən edib və hadisə ilə bağlı araşdırma başlayıb.

Araşdırmalar çərçivəsində çamadandakı cəsədin 39 yaşlı qadına aid olduğu müəyyən edilib. Ətraflı araşdırmalardan sonra təhlükəsizlik kameralarına baxış keçirilib və qətlə yetirilən qadının ətrafında olan şəxslər sorğu-sual edilməyə başlanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45