Cümə axşamı, 28 Mart

Rəsmi İrəvan NATO haqqında “feyk” vasitəsilə Bakını Moskva və Pekinlə necə üz-üzə qoymağa çalışıb? - FOTO

image

Bəzi qüvvələr hələ də bu üsullar üzərində çalışırlar. Lakin gəlin hər şeyi ardıcıl nəzərdən keçirək. 2021-ci il oktyabrın 11-də thomsonadam.co.uk internet resursunda Böyük Britaniyanın NATO yanında keçmiş səfiri Adam Tomsonun belə bir başlıqlı materialı dərc olunub: “NATO-nun Xəzər sahilinə baxışı”.

Xəbər verilir ki, məqalənin müəllifləri guya Adam Tomson və Birləşmiş Krallığın alyans yanında hazırki səfiri Sara Makintoşdur.

Məqalənin leytmotivi Zəngəzur dəhlizidir. Materialda belə təxribatçı ideyalar əks olunub ki, guya Azərbaycan ilə Naxçıvan arasında quru yolunun bərpası rəsmi Bakının NATO-ya üzvlüyünə yol açacaq və həm Rusiyanın, həm də Çinin maraqlarına zərbə vuracaq.

Lakin biz materialın əvvəlində heç də nahaq yerə “feyklər” haqqında danışmadıq. Belə ki, yoxlanıldıqdan sonra bu məqalənin də “qəzet ördəyi” olduğu ortaya çıxıb. Bunu müəyyən etmək heç də çətin olmayıb. Bu ifşanı isə elə Adam Tomsonun özü edib. O, öz tviter hesabında bu dezinformasiyaya heç bir aidiyyatı olmadığını açıqlayıb.

Mənim şəxsi bloqum yoxdur, mənim adımdan yaradılmış bloq isə saxtadır və mən bu barədə polisə məlumat verəcəyəm”, - Tomson yazıb.

Diqqəti çəkən məqam Tomsonun təkzibinə ilk reaksiya verənin “@ArmenianBreakingNews” nikli istifadəçinin olmasıdır.

Təkzibi dəstəklədiyini göstərməyə çalışan bu istifadəçi saxta məqalənin skrinşotunu paylaşıb və bununla da bu dezinformasiyanın daha da yayılmasına şərait yaradıb.

Bundan başqa, məqaləyə şərh bildirən və paylaşanların çoxu ermənilər də onların təəssübünü çəkən istifadəçilərdir. Məlumdur ki, tviterin alqoritminə görə, çoxu rəy və paylaşım tvitin daha çox yayılmasına şərait yaradır.

Livan ermənisinə məxsus bu istifadəçi profili 2020-ci ildə 44 günlük müharibə dövründə yaradılıb. Bu profildə fars şovinizmini təbliğ edən və Azərbaycan haqqında dezinformasiya və yalanlar paylaşan “MiranPress” informasiya resursu açıq şəkildə dəstəklənir. Bundan əlavə, bu resursun arxasında xüsusi xidmət orqanlarının izi görünür. Resursun ən son paylaşımlarından biri ilə tanış olun:

Dünən “MiranPress” teleqram-kanalında NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın Ermənistanın rəsmi nümayəndəsi ilə görüşü paylaşılmış xəbərdə yuxarıda haqqında danışılan saxta məqaləni əks etdirən narrativ təkrarlanıb. Orada deyilirdi ki, “Bildiyiniz kimi NATO Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir”.

Adam Tomson yazdığı iddia edilən saxta məqaləyə qayıtsaq, üç açıq nəticə özünü göstərir.

Birincisi, bu məlumat məhz o zaman ortaya çıxdı ki, rayonda, o cümlədən Zəngəzurda nəqliyyat dəhlizlərinin tezliklə açılacağı barədə söhbətlər getdikcə artdı. Bu isə onu göstərir ki, müəyyən qüvvələr nəqliyyat kommunikasiyalarının açılmasının qarşısını almaq üçün planlar hazırlayırlar.

İkincisi, Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılması kontekstində NATO-nun xatırlanması Rusiya və Çin kimi geosiyasi ağır çəkili dövlətləri qıcıqlandırmaq məqsədi daşıyır.

Üçüncüsü, bu təxribatçı addımın İranla Azərbaycan arasında gərginliyin azalması fonunda Bakı ilə Tehran arasında növbəti qarşıdurmaya töhfə verən yeni bir tətikçi olması nəzərdə tutulur.

Və sonda xatırladaq ki, rəsmi Bakı Qoşulmama Hərəkatının tərəfdarı olduğunu və heç bir hərbi-siyasi bloka qoşulmaq niyyətində olmadığını dəfələrlə bəyan edib.

Bəs bu nüanslar erməniləri və onların feyk-komentlərinə canıyananlıq edənləri maraqlıdırmı? Sual ritorikdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56