Çərşənbə axşamı, 16 Aprel

Moskvadan Ankaraya gözlənilməz DƏSTƏK - Kremlin hədəfi nədir?

image

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi “BMT-nin beş daimi üzvü dünyanın qalan hissəsini diktə etmək hüququna malik deyil”, “dünya beşdən böyükdür” fikirlərinə dəstək verib.

Xəbər verilir ki, ümumiyyətlə, Ərdoğanın BMT ilə bağlı son illərdə dilə gətirdiyi islahat çağırışına dünya miqyasında dəstək verilir.

Lavrov isə Soçidə keçirilən “Valday” forumundan sonra bildirib ki, dünyada BMT-nin qurulduğu dövrdən daha artıq ölkə var. O, bu faktların işığında BMT-nin yenidən təşkilinin zəruriliyini ifadə edib. “Mən Ərdoğanla razıyam ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün dünyanın taleyini diktə etmək hüququ yoxdur”, - deyə Rusiya XİN başçısı bildirib.

Qərb ölkələrinin BMT-ni nəzarət altında saxladıqlarına işarə edən Lavrov deyib ki, inkişaf etməkdə olan Asiya, Afrika və Latın Amerikası ölkələrinin də Təhlükəsizlik Şurasında iştirakı təmin olunmalıdır.

Bəs birdən-birə BMT TŞ-nin 5 daimi üzvündən biri olan Rusiyanın Ərdoğana dəstək verməsi hansı hədəflərlə bağlıdır? Axı məlumdur ki, Rusiya nə qədər sıx əlaqələrdə olsa da, NATO üzvü Türkiyəni müttəfiq də saymır. Ərdoğan hesab edir ki, BMT Təhlükəsizlik Şurasının hazırkı strukturu dünyada mövcud olan ədalətsizliklərin əsas səbəblərindən biridir. 

 

 

O bildirir ki, beş daimi üzv Asiya, Avropa və Amerika qitələrini təmsil etdiyi halda, Afrikanın maraqlarını təmsil edən yoxdur. O, eyni zamanda, Təhlükəsizlik Şurasının daimi üzvlüyündə müsəlmanların təmsil olunmadığına da diqqət çəkir. Ərdoğan dünya əhalisinin böyük hissəsinin müsəlman olduğu halda, Çindən başqa bütün digər üzvlərin xristian ölkələr olduğunu vurğulayır. Ərdoğanın BMT-də köklü islahatlarla bağlı təklifi reallaşa, TŞ-nin daimi üzvlərinin sayı Türkiyə, Almaniya, Yaponiya kimi dövlətlərin hesabına genişlənə bilərmi?

Deputat Asim Mollazadə bildirdi ki, BMT-nin yaradılması ikinci dünya müharibəsindən sonraya təsadüf edib. Onun sözlərinə görə, məqsəd dünyadakı proseslərə nəzarəti saxlamaq idi.

A.Mollazadənin fikrincə, illər keçdikcə ciddi dəyişikliklər baş verdi və hüquq normalarına hörmət göstərilmir: “Ona görə BMT-də islahatlara ehtiyac var. Dünyada iqtisadi-siyasi dəyişikiklər baş verir, bölgələr güclənir, yeni sistemlər formalaşır və belə vəziyyətdə BMT sanki 40-cı illərdə qalıb. Ona görə bu məsələnin Baş Assambleyada müzakirə etmək olar. Hər bir xalqın hüququ müdafiə edilməlidir. O baxımdan Ərdoğan fikirləri ilə razıyam, beynəlxalq hüquq sistemi işləməlidir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14