Çərşənbə, 17 Aprel

Özbəkistan Əfqanıstanda inklüziv hökumətin qurulmasına tərəfdardır

image

"Hazırda rəsmi Daşkənd Əfqanıstandakı müvəqqəti hökumətin tanınması məsələsini nəzərdən keçirmir, bu məsələ gündəlikdə yoxdur".

Xəbər verilir ki, bunu Özbəkistanın xarici işlər nazirinin müavini Furkat Siddikov Daşkənddə keçirilən “Mərkəzi Asiyada mehriban qonşuluq münasibətlərinin qurulması: Özbəkistanın praqmatik xarici siyasəti” adlı ekspert platforması çərçivəsində çıxışı zamanı bildirib.

“Hazırda Özbəkistanın Əfqanıstandakı müvəqqəti hökuməti tanıması məsələsi nəzərdən keçirilmir”, - Siddikov deyib.

Onun sözlərinə görə, hazırda Özbəkistan daha çox Əfqanıstandakı humanitar məsələlərlə məşğuldur.

“Ümumiyyətlə, biz Əfqanıstanda inklüziv hökumətin qurulmasına tərəfdarıq”, - nazir müavini deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14