Cümə axşamı, 25 Aprel

Noyabrın 9-da Azərbaycanla Ermənistan arasında iki yeni sənəd imzalanacaq - ŞOK İDDİA

image

9 noyabr 2021-ci il tarixində Azərbaycan və Ermənistan Moskvada iki yeni sənəd imzalayacaq.

1. İkitərəfli qaydada sərhədlərin və ərazi bütövlüyün tanındığı müqavilə: sərhədlər 1920-ci il Sovet xəritəsinə əsasən müəyyənləşəcək;

2. Kommunikasiyaların açılması: bu barədə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşündə yekun razılıq əldə olunub; bura Azərbaycan və Naxçıvan arasındakı rabitə də daxildir.

Bu iddia ilə Ermənistan mediası çıxış edib.

Müharibənin başa çatmasının ildönümündə hansısa irəliləyişlərin olacağı istisna deyil: proseslərin inkişafı, regiondakı siyasi situasiya, Ermənistan hakimiyyətinin dəyişən mövqeyi, Əliyevin və Putinin son açıqlamaları gözləntiləri artırır; kommunikasiyanın açılması bütün tərəflərin ehtiyacıdır və bunun üçün öncə sərhədin müəyyənləşməsi həyata keçirilməlidir;

Bu baxımdan, erməni mediasının sənədlərin imzalanma tarixi ilə bağlı iddiası təəccüblü deyil. Lakin sərhədlərin hansı ilin xəritəsi ilə müəyyənləşəcəyini təxmin etmək çətindir: 1920-ci ilin xəritəsimi? Bu bir qədər reallıqdan uzaq görünür.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33