Şənbə, 20 Aprel

Xərçəng olan Əməkdar artistin mədəsini kəsdilər

image

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunub.

Bu haqda aktyor  açıqlamasında danışıb. Xərçəngdən əziyyət çəkən N.Əsgərov hazırda özünü yaxşı hiss etdiyini deyib:

"On gündür xəstəxanada yatıram. Əməliyyat olundum, bütün mədəmi kəsib götürdülər. Çünki şiş böyük idi, orda qalmasın deyə mədə bütöv götürüldü. Hazırda palataya köçürülmüşəm. Hələ həkim evə buraxılmağı məsləhət görmür. Bəlkə gələn həftə evə buraxıldım".

Qeyd edək ki, N.Əsgərov bir müddət əvvəl ürəyindən əməliyyat olunduğunu demişdi. O bildirib ki, ürəyinə stend qoyulub.

Xatırladaq ki, aktyor "Qərib cinlər diyarında", "Bığ əhvalatı", "My name is İntiqam", "Bayram axşamı" kimi filmlərdə rol alıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20