Çərşənbə, 24 Aprel

Missiyası başa çatan Rüstəm Muradov niyə belə canfəşanlıq edir? - AÇIQLAMA

image

Xəbər verdiyimiz kimi, Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytarıb. 

Diqqəti çəkən məsələ isə erməni hərbçiləri Bakıdan İrəvana aparan şəxsin Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrinin keçmiş komandanı general Rüstəm Muradovun olmasıdır. 

Maraqlıdır, erməni hərbçilərini Ermənistana niyə məhz Rüstəm Muradov təhvil verib?

Mövzu ilə bağlı danışan hərbi ekspert Abuzər Əbilov bildirib ki, iki dövlət arasında qarşılıqlı razılıq əsasında bunların olması normaldır:

“Əgər dialoq olarsa, Azərbaycan hər zaman Ermənistana güzəştə getməyə sadiq olub. Lakin Rüstəm Muradovun ilk gündən ermənipərəst mövqeyi göz qabağındadır. Çünki o uzun müddət erməni siyasi rəhbərliyi ilə görüşlərdə olub, “Dağlıq Qarabağ” ərazsində qondarma respublikasının prezidenti ilə görüşlər keçirib. Halbuki bu qanuna və razılaşmanın şərtlərinə ziddir. Rüstəm Muradov əraziyə gəldiyi ilk gündən razılşamanın şərtlərini pozub. Erməni silahlılarının ərazidən çıxarılması məsələsinə göz yumub. Əksinə bir çox ermənilərin işlərinə kömək edib. Yəni Muradovun ermənipərəstliyi göz qabağındadır”.

Ekspert bildirib ki, Rüstəm Muradov missiyası başa çatdıqdan sonr ermənilərə havadarlıq etməyə davam edir: “Ermənistana hərbçiləri başqa şəxs də qaytara bilərdi. Əgər bu adamın missiyası başa çatıbsa, niyə belə canfəşanlıq edir? Bu məsələ sual altındadır. Azərbaycan rəhbərliyi bu hərbçiləri zaman-zaman dəyişdirəcək. Lakin bütün bunlar üçün Ermənistan da adekvat addımlar atmalıdır. Dünyada bütün müharibələr başa çatıb, sülh imzalanıb. Sülh əldə olunduqdan sonra əsir və girovlar qarşılıqlı razılaşma əsasında geri verilir. Azərbaycan da bu sülhsevər missiyaya sadiqdir. Yaxın günlərdə Ermənistan da öz üzərinə götürdüyü öhdəliyi mütləq yerinə yetirməlidir. Bundan sonra müharibədən sonra əsir götürülmüş insanlar haqda danışmağa dəyər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00