Cümə, 19 Aprel

Hollivud ulduzu film çəkilişi zamanı operator və rejissoru güllələyib: Ölən var - FOTO

image

ABŞ-ın Nyu-Meksiko ştatında “Rust” (“Pas”) filminin çəkiliş meydançasında Hollivud ulduzu Alek Bouldinin açdığı atəş nəticəsində qadın operator həlak olub, rejissor yaralanıb.

Bu barədə Santa-Fe dairəsinin polisi məlumat yayıb.

Bildirilir ki, körpücük sümüyündən yaralanan rejissorun vəziyyəti ağırdır.

Ağır yaralanan 42 yaşlı qadın operator Qalina Hatçins isə helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Şerifin ofisi təsdiqləyir ki, rekvizit üçün silahdan açılan atəş Alek Bouldin tərəfindən həyata keçirilib.

Hələ ki, aktyora qarşı heç bir iddia qaldırılmayıb.

Tapançanın həqiqi güllələrlə doldurulmasının, həmçinin Bouldinin rejissora və operatora atəş açmasının səbəbi açıqlanmır.

Qeyd edək ki, vestern filmi olan “Rust”da Alek Bouldin həm filmin prodüseri, həm də baş rol ifaçısı olub.

Kinooperator Qalina Hatçins əslən ukraynalıdır. O, Kiyev Universitetinin beynəlxalq jurnalistikasını bitirib, sonra isə istintaqçı jurnalist kimi britaniyalı sənədli film çəkənlərlə işləyib.

Hatçins son illərini Los-Ancelesdə keçirib. Kinematoqrafçı kimi onun işlərinə “Darlin” (2019), “Archenemy” (2020) və “Blindfire” (2020) kimi filmlər daxildir.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28