Cümə axşamı, 18 Aprel

“Kayrat”ı Bakıdan aparan təyyarə qəzaya düşdü - VİDEO

image

Almatı hava limanında sərnişin təyyarəsi minik avtomobili ilə toqquşub.

Sosial şəbəkələrdə Almatı Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında baş verən insidentin videosu yayılıb.

Görüntülərdə avtomobilin təyyarə ilə toqquşaraq onun qanadının altında qaldığı əks olunub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirir.

Sports.ru saytının yaydığı məlumata görə, qəzaya uğrayan təyyarə Qazaxıstanın “Kayrat” futbol klubunun üzvlərini Bakıdan Almatı şəhərinə aparırmış.

Qeyd edək ki, “Kayrat” futbol klubu dünən UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən qarşılaşmada “Qarabağ”a 1:2 hesabı ilə uduzub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28