Şənbə, 04 May

Nepal və Hindistanda fəlakət: 180-dən çox insan öldü

image

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 4 gün ərzində azı 99 nəfər ölüb.

Xəbər verilir ki, yağışlar ölkənin şərq və qərb bölgələrində fəsadlara səbəb olub.

Xilasetmə qrupları təbii fəlakət nəticəsində itkin düşən 40 nəfərin axtarışlarını davam etdirir. Daşqın və torpaq sürüşmələrində yaralanan azı 35 nəfərə xəstəxanada tibbi yardım göstərilib.

Ölü sayının artacağı istisna olunmur.

Hindistanda isə bir həftə ərzində davam edən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 88 nəfər həyatını itirib. Ölkənin cənubundakı Kerala əyalətində 42 nəfər, Uttarkand əyalətində isə 46 nəfər ölüb.

Həmçinin qeyd edilir ki, təbii fəlakət nəticəsində yollar su altında qalıb, körpülər çöküb, infrastruktura ciddi ziyan dəyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15