Cümə axşamı, 25 Aprel

Göbələk zəhərlənmələri ilə bağlı əhaliyə müraciət

image

“Göbələk mövsümü yeni başladığı üçün zəhərlənmələrlə bağlı müraciət azdır. Bu ay göbələklə zəhərlənmə halı ilə bağlı 4-5 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib”.

Xəbər verilir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, həmin xəstələr müayinə olunduqdan sonra evə buraxılıblar.

A.Maqsudov bildirib ki, bu il göbələkdən zəhərlənmə ilə bağlı iki ölüm halı qeydə alınıb: “İndiyədək göbələkdən zəhərlənmə ilə ölüm halı Qaxdan olan iki uşaq idi. Ondan qabaq ölüm halı olmayıb. Uşaqlar da göbələyi 3 gün əvvəl yemişdi, bizə gec çatdırıldı. Tez çatdırılsaydı, haradasa şans olardı”.

Həkim göbələk istifadə edən əhaliyə müraciət edib: “Göbələk mürəkkəb zülallı qida məhsuludur. Hər mədə-bağırsaq onu həzm edə bilmir.

İnsanlara məsləhət görürəm ki, yol qırağından yığılıb satılan göbələkləri almasınlar, özləri də yığıb yeməsinlər. Marketlərdə olan göbələyin zəhərsiz növüdür.

Həmin göbələklərdən istifadə etmək olar, amma istifadə müddətinə baxsınlar. Kimin mədə-bağırsağında problem, həssaslıq varsa, o, özünü qorusun, göbələyi qida məhsulu kimi istifadə etməsin”.

Şöbə müdiri bildirib ki, göbələklə zəhərlənmə zamanı mədə-bağırsaqda ağrı, köp, ürəkbulanma, qusma, hərarətin qalxması və ishal halları müşahidə olunur:

“Belə hal hiss edən kimi həkim infeksionistə müraciət etmək lazımdır.

Bu, yoluxucu xəstəlik hesab olunur. Mütləq həkim müşahidəsi lazımdır, həkim nəzarəti ilə təyinat olur, evdə müdaxilə etmək olmaz.

Mövsüm yeni başlayıb, ötən illə müqayisədə göbələklə zəhərlənmə halında artım yoxdur. Ötən il 20-yə qədər müraciət olmuşdu. Demək olar, hər il təxminən 15-20 müraciət olur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33