Cümə, 19 Aprel

Noyabrın 13-də dünyaya yaxınlaşacaq: Yerə çırpılsa... - NASA açıqladı

image

ABŞ-ın Aeronavtika və Kosmos İdarəsi (NASA) planetimizə yaxınlaşan 7 asteroidlə bağlı açıqlama verib.

Xəbər verilir ki, NASA-nın hazırladığı hesabatda bu asteroidlərdən birinin Nyu-Yorkun simvolik tikililərindən biri olan “Empire State” ilə eyni ölçüdə olduğu bildirilib.

2004 UE adlı asteroidin noyabrın 13-də Yerə ən yaxın mövqeyə gələcəyi deyilib.

Yer üçün təhlükəli sayılan ən az 26 000 asteroid var. Bu göy cisimlərindən birinin yolunun dünya ilə kəsişməsi fəlakətə səbəb ola bilər. Elm adamları bu nəhəng kosmik cisimlərin nəzəri olaraq Yer kürəsinə çırpılacağı təqdirdə fəlakətli zərərə səbəb ola biləcəyini bildirirlər. Amma NASA-nın açıqlamasında sözügedən asteroidlərin hələlik belə bir risk daşımadıqları vurğulanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28