Cümə, 29 Mart

İspaniyada sakinlərə pul paylanacaq

image

İspaniyanın Santander şəhər rəhbərliyi sakinlərin eko-nəqliyyata keçməsini sürətləndirmək və bunu maliyyələşdirmək üçün qərar qəbul edib. Belə ki, hökumət elektrovelosiped ala bilmələri üçün sakinlərə 350 avro pul verəcək.

Yeni təşəbbüs üçün hökumət 75 min avro ayıracaq –  bu, 215 elektrikli velosiped almaq üçün kifayətdir. İdarə ümid edir ki, bu tədbir sakinləri planet üçün təhlükəsiz nəqliyyat seçiminə sövq edəcək və şəhər mühitini piyadalar və velosipedçilər üçün daha rahat edəcək.

Proqrama ən az altı ay rəsmi olaraq Santanderdə yaşayan 18 yaşdan yuxarı şəxslər müraciət edə biləcəklər. Elektrikli nəqliyyatları yalnız yerli mağazalarda satın almaq mümkündür. Hökumət bu şəkildə şəhər sahibkarlarını dəstəkləmək istəyir.

Bundan əlavə, şəhər pulsuz velosiped təmiri üçün kiçik stansiyalarla təchiz ediləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45