Cümə axşamı, 25 Aprel

Polis toya gedən 200 nəfəri geri qaytardı

image

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq saraylarında monitorinqlər keçirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ilk olaraq polis əməkdaşları tərəfindən dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb.

Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb. Həftə ərzində yoxlamalar zamanı 200-ə yaxın vətəndaş vaksinasiya olunmadığı üçün mərasimlərə buraxılmayaraq geri qaytarılıb. Polis əməkdaşları eyni zamanda şadlıq saraylarındakı karantin tələblərnə nəzarət edib, sosisal məsafə və digər zəruri tələblərin yerinə yetirilməsini yoxlayıb.

Davam etdirilən monitorinqlər nəticəsində rayon ərazisindəki “Qoşa Çinar” və “Ceyhun” şadlıq saraylarında keçirilən toy məclisində bəyin COVİD-19 pasportunun olmaması aşkarlanıb və hər bir restoran rəhbərliyi 4000 manat cərimə edilib.

Bundan başqa, polis əməkdaşları “Qold Qafqaz”, “Xan Sarayı” şadlıq saraylarında karantin rejiminin pozulmasına görə hər bir birinə 4000 manat, 7 həyət toyunda isə hər birinə 400 manatlıq inzibati protokol tərtib edib.

Qeyd edək ki, moniqtorinqlər zamanı mülki öhdəliklə bağlı axtarışda olan şəxs də saxlanılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33