Cümə axşamı, 28 Mart

Bakıda həkim özünü niyə öldürmək istəyib? - Rəsmi açıqlama

image

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimin intihara cəhd etməsilə bağlı rəsmi məlumat açıqlanıb. 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan cavab olaraq bildirilib ki, əmək vəzifəsini icra etmədiyinə görə Aynur Əsədlidən izahat istənilib:

“Aynur Əsədli bununla razılaşmayıb və etik normalara zidd davranış nümayiş etdirib”.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim intihara cəhd edib. Həkim- laborant Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.

İntihar etmək istəyən şəxs şöbə müdirinin onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini iddia edib. Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bir müddət öncə Aynur Əsədlini məhkəməyə verib. Məhkəmə çəkişməsinə səbəb A.Əsədlinin institutdakı problemlərlə bağlı Dövlət Başçısına məktubla müraciət etməsi olub.

Məhkəmə prosesi oktyabr ayının 21-də keçiriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25