Şənbə, 20 Aprel

Bakı SEPAH-ın “biznesini” məhv etdi – Türk ekspert

image

Sanksiya məhdudiyyətləri içində ABŞ-la mübarizə aparan İranın “gizli qazancı”nın kəsilməsi Tehranın Bakıya qarşı sərt münasibətinin əsas səbəbidir.

Xəbər verilir ki, bu sözləri türk ekspert Həsən Oqtay İran və Ermənistanın narkotik ticarəti ilə bağlı danışarkən deyib.

O bildirib ki, İranın qanunsuz əlaqələri olan yeganə qonşusu Ermənistandır və Ermənistanın işğal etdiyi Azərbaycana məxsus olan rayonlar İran üçün “nəfəslik” idi:

“Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi Ermənistan qədər İranı da narahat etdi və Tehran üçün gözlənilməz oldu. İran Əfqanıstandan Ermənistana narkotiki işğal altında olan Cəbrayıl və Füzulidən keçirirdi. Çünki iri partiyaları Ermənistanla sərhəddən keçirə bilməzdi, Norduz gömrük qapısında rus məmurları olduğu üçün İrana problem yarana bilərdi”.

Ekspertin sözlərinə görə, Azərbaycan-İsrail münasibətlərinin İranı narahat etməsi bəhanəsinin arxasında gizlənən Tehran rəsmiləri İlham Əliyevin narkotik tranziti ilə bağlı bəyanatından şoka düşüblər:

“İranın Azərbaycanı tənqid etməsində İsrail bəhanədir, əsl səbəb Cəbrayıl-Füzuli üzərindən Ermənistana göndərilən qanunsuz mallardır. İran İnqilab Keşikçiləri bu ticarətdən böyük qazanc əldə edirdilər və bu mənfəətlərdən məhrum olduqda, İsrail bəhanəsinin arxasında gizlənərək Azərbaycana qarşı sərt mövqe sərgiləməyə başladılar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20