Çərşənbə, 08 Dekabr

Pentaqon: "ABŞ Gürcüstanın müdafiəsini gücləndirməyə hazırdır"

image

“ABŞ Gürcüstanın müdafiəsini gücləndirməyə hazırdır”.

Xəbər verilir ki, bunu Gürcüstanda səfərdə olan Pentaqon rəhbəri Lloyd Ostin deyib.

ABŞ Müdafiə naziri artıq təyyarəsinin respublikaya endiyini açıqlayıb.

“Amerika Birləşmiş Ştatları Gürcüstana müdafiəsini gücləndirməyə və Avroatlantik inteqrasiyasını asanlaşdırmağa kömək etmək qərarına gəlib və burada görüşməyi səbirsizliklə gözləyirəm”,-deyə o, Tvitter səhifəsində yazıb.

Daha əvvəl ABŞ müdafiə naziri Lloyd Ostinin Avropaya səfərə başladığı, bu müddətdə Ukrayna, Gürcüstan və Rumıniya ilə yanaşı Belçikaya səfər edəcəyi bildirilmişdi.

Bu genişlənən və inkişaf edən əlaqələrə Rusiyanın münasibəti maraqlı olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah qar yağacaq

  • 07.12.2021 - 14:26