Cümə axşamı, 28 Mart

İran Əfqanıstanla bağlı danışıqlarda iştirak edəcək

image

İran Əfqanıstandakı vəziyyətlə bağlı Moskvada keçiriləcək məsləhətləşmələrdə iştirak edəcək.

Xəbər verilir ki, bu barədə məlumatı İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.

“Mokvada keçiriləcək iclasa gəldikdə isə, orada bizim nümayəndəmiz iştirak edəcək”, - deyə Xətibzadə əlavə edib.

Qeyd edək ki, Əfqanıstanla bağlı məsləhətləşmələrə dair “Moskva formatı” oktyabrın 20-si keçiriləcək. “Taliban” nümayəndə heyətinin də bu məsləhətləşmələrdə iştirak edəcəyi gözlənilir. 

Sözügedən format 2017-ci ildə Rusiya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistanın xüsusi nümayəndələrinin altı tərəfli məsləhətləşmələr mexanizmi əsasında yaradılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56