Bazar ertəsi, 13 May

“Ermənilər iddia edirdi ki ...” - Diqləm Əsgərov erməniləri ifşa etdi...

image

Xəbər verdiyimiz kimi 2014-cü il iyulun 11-də Kəlbəcər sakini Dilqəm Əsgərov öz ata-baba yurdlarını ziyarət edərkən dostu Şahbaz Quliyevlə birlikdə ermənilər tərəfindən girov götürülmüşdü. Ermənilərin qurduğu qondarma “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətində azadlıqdan məhrum edilmişdi. 
 
Lakin Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatı zamanı düşmən biabırçı şəkildə məğlubiyyətə uğradıldı, həm torpaqlarımız, həm də Dilqəm və Şahbaz əsirlikdən azad edildi. 
 
Əsirlikdən gələrkən D.Əsgərov özüylə ermənilərin saxta məhkəmə qərarlarını da gətirib. O, təqdim etdiyi sənətdə ermənilərin daha bir yalanını ifşa edib. D.Əsgərovun sözlərinə görə ermənilərin onun öldürdüyünü iddia etdiyi erməni gəncinin 17 yox, 27 yaşı olub:
 
Ermənilər iddia edirdi ki, guya mən 17 yaşlı erməni gənci Çakanyan Smbatı qətlə yetirmişəm. Hansı ki, mən bu cinayəti törətməmişdim və bunu zorla boynuma qoydular. Mən həmin o qondarma məhkəmə qərarlarını özümlə gətirmişəm. Bunların daha bir yalanı ondan ibarətdir ki, həmin gəncin 17 yox, 27 yaşı olub. Qətnamədə Smbatın doğum tarixi 28.04.1984-cü ildir. Öz əcəli ölən adamın yaşını 10 il azaldaraq iddia edirdilər ki, guya o adamı mən qətlə yetirmişəm.

Təsəvvür edin ki, bu yalançı ittihamlarla onlar məni ömürlük həbsdə saxlamaq istəyirdilər. Bununla da bütün dünyaya car çəkirdilər ki, Dilqəm Əsgərov 17 yaşlı gənci öldürüb. İndi bütün dünya görsün ki, ermənilər mənim üzərimdə hansı qondarma ittihamları qurmuşdular”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00