Cümə axşamı, 28 Mart

Elmlər Akademiyasında korrupsiya davam edir - FAKTLAR

image

"Akademik korrupsiya davam edir". Bu iddialara ekspert Allahverdi Aydın öz sosial şəbəkə hesabında yer evrib. Onun məlumatlara görə, fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sentyabr ayının 3-də 40 000 manat dəyərində tender müsabiqəsi elan edib.

Qalib şirkət isə cəmi 2 gün əvvəl – avqust ayının 31-də dövlət qeydiyyatına alınan "MORGAN-AZ2021" MMC olub.

“Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə görə tenderdə iştirak üçün təcrübə lazımdır. Bu səbəbdən də 2 gün əvvəl qeydə alınan şirkətin tenderdə iştirakı şübhəlidir.", deyə ekspert qeyd edib.

Amma, ən əsas məsələ odur ki, cəmi 2 ay ərzində "MORGAN-AZ2021" ilə eynu ərazidə (Yeni Günəşli qəsəbəsi) bənzər adlarla (AZ2020/21) onlarla şirkət (75 MMC) qeydiyyata alınıb. 

"Yəni ortada, mütəşəkkil dəstə tərəfindən törədilən iqtisadi cinayətlə (korrupsiya) bağlı ciddi şübhələr var. Azərbaycan Respublikası Hesablama Palatası və Azərbaycan Respublikasının Baş Prokurorluğu isə bu qədər açıq şübhələr olduğu halda özlərini görməməzliyə qoyurlar", deyə mənbə qeyd edib.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25