Çərşənbə, 08 Dekabr

Uşaq sığınacağından anasının yanına dönən 15 yaşlı qız növbəti dəfə bədənində xəsarətlərlə evdən qaçıb - FOTO

image

Reabilitasiya keçdikdən sonra öz istəyilə anasının yanına gedən 15 yaşlı qız bədənində xəsarətlərlə evdən qaçıb.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb. 

O qeyd edib ki, 15 yaşlı qız bir neçə ay əvvəl sığınacaqda reabilitasiya keçib:

“Uşaq öz istəyi ilə anasının yanına gedib. Təəssüf ki, növbəti dəfə üzərində fiziki xəsarətlərlə evdən qaçaraq sığınacağa gəlib. Ərazi üzrə 4-cü polis bölməsinə məlumat verilib, məsələ ilə bağlı araşdırma aparılacaq. 

Uşaq əgər pisdirsə, onu pisliklərlə dolduran onun çevrəsidir, ailəsidir. Çox vaxt uşaqlar günahlandırılır. Bu, sizin məhsulunuzdur analar, atalar, nənələr, babalar və sonradan gələn “atalıqlar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah qar yağacaq

  • 07.12.2021 - 14:26