Cümə, 29 Mart

Gürcüstanda koronavirusun beşinci dalğası başlayıb

image

Gürcüstanda yeni növ koronavirus (COVİD-19) pandemiyasının beşinci dalğası başlayıb.

Bunu Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzinin baş direktoru Amiran Qamkrelidze “Birinci Kanal”-a müsahibəsində bildirib. 

Amiran Qamkrelidze yoluxmaların ciddi artdığını və bunun beşinci dalğanın başlanğıcı olduğunu qeyd edib: “Ona görə də biz bütün tövsiyələrə əməl etməli, maska taxmalı, sosial məsafəni gözləməli, kütləvi toplaşma yerlərindən uzaq durmalı və peyvənd olunmalıyıq”.
Baş direktoru əhalini peyvənd olunmağa çağırıb.

Qeyd edək ki, Gürcüstanda son sutka ərzində COVID-19-a 4 581 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 662 334, ölənlərin sayı isə 9 468 nəfərə çatıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45